AZAL Hindistana reysini təxirə saldıbackend

AZAL Hindistana reysini təxirə saldı

Azərbaycan Hava Yolları QSC (AZAL) Bakıdan Hindistanın Mumbay şəhərinə həyata keçirməyi planlaşdırdığı 2-059 nömrəli reysi Pakistanın hava məkanının bağlı olması səbəbindən təxirə salıb.

KONKRET.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Aviaşirkət bəyan edib ki, uçuşların təhlükəsizliyi rəhbər tutularaq vəziyyət diqqətlə izlənilir və sərnişinlər yeniliklər barədə məlumatlandıracaq.

Bundan başqa, AZAL-ın Bakıdan Rusiyanın paytaxtı Moskvaya yerinə yetirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir.

Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*