AZAL-ın yeni prezidenti Samir Rzayev KİMDİR? – DOSYEbackend

AZAL-ın yeni prezidenti Samir Rzayev KİMDİR? - DOSYE

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

KONKRET.az Samir Rzayevin dosyesini təqdim edir:

Samir Musa oğlu Rzayev 1980-ci il mayın 9-da Bakıda anadan olub. O, 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. Həmin təyinata qədər isə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti kimi fəaliyyət göstərib.

Xatırladaq ki, ötən il “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinə dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalamışdı. Qərara əsasən, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilmişdi. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olub. O vaxta qədər isə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi.

O, 1997–2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi iqtisadiyyat fakültəsində bakalavr təhsili alıb. 2001–2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi iqtisadiyyat üzrə magistr təhsili alıb. Daha sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdirmişdir. 2003-2004-cü illərdə həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.

2001 oktyabr – 2003 sentyabr – Azərbaycan Respublikasının Mərkəzi Bankında İqtisadçı vəzifəsində çalışıb.

2004 sentyabr – 2005 iyul – Azərbaycan Respublikasının Mərkəzi Bankında Aparıcı iqtisadçı vəzifəsində çalışıb.

2005 iyul – 2007 mart – Azərbaycan Respublikasının Mərkəzi Bankında Xarici ehtiyatların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.

2007 mart – 2008 yanvar – “PAŞA İnşaat” MMC-də Maliyyə direktoru vəzifəsində çalışıb.

2008 yanvar – 2009 mart – “PAŞA İnşaat” MMC-də Kommersiya direktoru vəzifəsində çalışıb.

2009 mart – 2016 oktyabr – Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda Xəzinədarlıq şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

2016 oktyabr – 2017 iyul – Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda Baş maliyyə direktoru vəzifəsində çalışıb.

2017 avqust – 2022 fevral – “Azərbaycan Supermarket” MMC-də Ticarət direktoru vəzifəsində çalışıb.

2022 fevral – 2022 noyabr – Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti vəzifəsində çalışıb.

2022 noyabr – 2024 fevral – Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti vəzifəsində çalışıb.

2023 sentyabr – 2024 fevral – Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edib.

2024 fevral – Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti təyin edilib.

S. Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib. Həmin təyinata qədər isə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib.

Ölkə rəhbəri İlham Əliyevin 1 sentyabr 2023-cü il tarixində Cahangir Calal oğlu Əsgərovun “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi barədə sərəncam imzaladı. Bu sərəncama əsasəsn “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edildi.

  • Seid
    Fevral 24, 2024 - 07:58

    Samir Musanın oğludur,yoxsa Tofiqin? Sistemin əvvəlində atası Musadi , ortasında Tofiqdi, sonda yenə Musadi. Hansının oğludur?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*