Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazandıbackend

Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazandı

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında yarımfinal döyüşləri keçirilir.

KONKRET.az-ın məlumatına görə, bu mərhələyə yüksələn Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) rinqdən növbəti dəfə qələbə ilə ayrılıb.

Dünya və Avropa birinciliklərinin mükafatçısı finala gedən yolda türkiyəli Mehmethan Çinarla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma boksçumuzun qələbəsi ilə başa çatıb. Hüseynov 3:2 (29:28, 27:30, 29:28, 29:28, 28:29) hesablı qələbəyə sevinib.

O, həlledici döyüşə martın 23-də çıxacaq.

Qeyd edək ki, Azərbaycan milli komandasının bu gün daha 3 boksçusu yarımfinal döyüşünə çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*