Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.
KONKRET.az-ın məlumatına görə, ikinci oyun günündə iki matç keçirilib.
Günə Sumqayıtda start verilib. Burada turnir cədvəlindəki qonşular – şəhərin eyniadlı komandası ilə “Zirə” üz-üzə gəliblər. Üç qolun vurulduğu matçda meydan sahibləri qalib gələrək 4-cü pilləyə yüksəliblər. İki qırmızı vərəqə ilə cəzalanan qonaqlar matçı 9 nəfərlə tamamlayıblar.
Tura Azərbaycan derbisi ilə yekun vurulub. Ölkənin iki ən titullu klubu “Qarabağ”la “Neftçi”nin duelində qapılara qol vurulmayıb. Bu, iki komandanın ümumilikdə 100-cü dueli kimi tarixə düşüb.
Qeyd edək ki, turun ilk günündə “Sabah” evdə “Qəbələ”ni 3:2, “Səbail” səfərdə “Keşlə”ni 1:0 hesabı ilə yenib.
Apasport.az
