“Azərbaycan ərazisində başqa rəsmi dil ola bilməz”backend

"Azərbaycan ərazisində başqa rəsmi dil ola bilməz"

“Qarabağda rəsmi dil məsələsi ilə bağlı deyə bilərəm ki, bu manipulyasiya növüdür. Orada hazırda Azərbaycanın qeyri-qanuni rəhbər adlandırılan manipulyasiyasıdır”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Dağlıq Qarabağ mövcud deyil. Hər kəs oranı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. Ona görə də Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz. Eyni zamanda biz heç bir dilə qarşı hər hansı məhdudiyyət qoymuruq. 340-a yaxın rus dilli məktəbimiz var. Ermənistanda isə bu rəqəm sıfırdır. Yalnız orada rus hərbi kontingentinin uşaqları üçün məktəb var”, – dövlət başçısı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*