Azərbaycan Fələstinin xeyrinə İsrail əleyhinə SƏS VERDİbackend

Azərbaycan Fələstinin xeyrinə İsrail əleyhinə SƏS VERDİ

Azərbaycan İsrail əleyhinə Fələstinin xeyrinə səs verib.

KONKRET.az xəbər verir ki, bir neçə gün əvvəl BMT Baş Assambleyası Beynəlxalq Haaqa Məhkəməsini İsrailin Fələstin ərazilərini “işğalının” hüquqi nəticələrinə dair rəy verməyə çağıran qətnamə qəbul edib.

87 ölkə təşəbbüsün lehinə səs verib, 53 ölkə bitərəf qalıb, 26 ölkə əleyhinə çıxıb.

İslam dünyasında qətnaməyə demək olar ki, yekdil dəstək ifadə edilib. Rusiya və Çin də lehinə səs verib.

Qətnamənin lehinə Azərbaycan və Türkiyə də səs verib. Ermənistan isə BMT Baş Assambleyasının qətnaməsinə səs verən 87 ölkədən biri olub.

Qətnaməyə İsrail, ABŞ, İngiltərə və Almaniya da daxil olmaqla bir çox Avropa ölkələri qarşı çıxıb.

BMT Baş Assambleyasının qətnaməyə səsverməsi ərəfəsində İsrail bu addıma qarşı olub.

“Heç bir beynəlxalq qurum yəhudi xalqının öz vətənində “işğalçı” olduğuna qərar verə bilməz. Əxlaqi cəhətdən iflasa uğramış və siyasiləşmiş BMT-dən mandat alan məhkəmə orqanının istənilən qərarı tamamilə qanunsuzdur”, – deyə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan bildirib.

O, Baş Assambleyanın iclasına gəlməyib, İsrailin adından ABŞ səs verib. Öz növbəsində Fələstinin daimi nümayəndəsi Riyad Mənsur qətnaməni dəstəkləyən ölkələrə təşəkkür edib.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin dövlətlər arasında münaqişələrə baxan ən yüksək məhkəmə orqanıdır. Onun qərarları məcburidir, baxmayaraq ki, məhkəmənin bu qərarları icra etmək səlahiyyəti yoxdur.

P.S. Ermənipərəst Fələstin elə qədrimizi bilsə… 

Xuraman Etibarlı,

KONKRET.az

  • Ali
    Yanvar 3, 2023 - 20:34

    Gərək əleyhinə səs verəydi Fələstin erməni öərəstdor bizim əbədi düşmənimizdir yaşasın bütöv İsrail bütöv Azərbaycan Qüds israili necəki Qarabağ azərbaycandır

    • Emin
      Yanvar 4, 2023 - 10:41

      İsrail bizim tərəfdaşımız və dostumuzdur.Sadəcə siyasi məsələlərə görə Azərbaycan bunu etmək məcburiyyətindədir.Və bundan çox güman ki,İsrailin də xəbəri var idi

    • Miriž
      Yanvar 4, 2023 - 13:16

      Sənin ona səlahiyyətin çatmır Azərbaycan dövləti özü gözəl bilir kimə səs vermək lazım olduğunu

    • Yunis
      Yanvar 4, 2023 - 17:06

      Xeyr. Biz müsəlmanıq qüds müsəlmanlarındir. Erməniyə dəstək verən fələstin xalqı deyil onların hökumətidir

    • İdris
      Yanvar 4, 2023 - 17:30

      Sizin fikirlərinizin heçbir əsası yoxdur. O BMT’də 87 ölkə İsrailin işğalçı olduğuna səs verdi, səni kimilərdə yalançı 1,2dənə xəbərə baxıb stat götürür. Fələstin ermənistanı ‘dövlət’ kimi tanımır

  • Elxan
    Yanvar 5, 2023 - 00:30

    Bitin birənin içərisində,həm də erməninin qardaşı fələstin kimi müsəlman olmaqdansa,bütpərəst olmaq min dəfə yaxşıdır.Yəhudilər bizim dostumuz və müttəfiqimizdir

  • Elçin Qasımov
    Yanvar 5, 2023 - 01:01

    Onda İrana da dəstək olaq.deyək düz edirsiz.müsəlmandılar axı

  • Arzu
    Yanvar 5, 2023 - 21:59

    Fələstinə görə İsraili incik salmaq məncə düz olmazdı. İsrail bizə ən müasir silahlar satdı, ancaq Ermənistana satmadı. Bunu unutmaq olmaz. Yəhudi lobbisinin bəzi məsələlərdə bizim ölkəyə dəstəyi olub. Fələstin erməniləri dəstəkləyir, biz niyə onu dəstəkləməliyik?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*