Azərbaycan gimnastları Bakıdakı dünya çempionatında gümüş medal qazandıbackend

Azərbaycan gimnastları Bakıdakı dünya çempionatında gümüş medal qazandı

Azərbaycan akrobatları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bakıdakı dünya çempionatında gümüş medal qazanıb.

KONKRET.az-ın məlumatına görə, duet finalda templə hərəkətlərdə 29.090 xala layiq görülüb.

Komanda bu nəticəyə əsasən ikinci yeri tutub. Belçika seçməsi qızıl, Böyük Britaniya isə bürünc medala yiyələnib.

Qeyd edək ki, daha əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət cütlük bürünc medala sahib çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*