“Azərbaycan ictimaiyyəti atəşkəsin olmasına razı deyil” – AÇIQLAMAbackend

"Azərbaycan ictimaiyyəti atəşkəsin olmasına razı deyil" - AÇIQLAMA

“Bütün müharibələr sonda sühlə nəticələnir. Çünki müharibəni sonsuza qədər aparmaq mümkün deyil. Ancaq hərbi prosesin aktiv fazada olduğu bir zamanda bunu dayandırmaq və dərhal sülh masasına qayıtmaq kimi vəziyyəti mümkünsüz hesab edirəm. Çünki Qarabağın göbəyində Azərbaycan ordusu tarix yazarkən, ərazilər ard-arda azad olunduğu bir vəziyyətdə erməni ordusu Azərbaycan ordusunun qarşısında duruş gətirməyərək qaçarkən atşəkəsdən söhbət gedə bilməz. Bu, həm hərbi, həm də siyasi cəhətdən böyük bir yalnış olar”.

KONKRET. az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibi Mayk Pompeo və digər rəsmiləri ilə görüşünü şərh edən Azərbaycan Milli Strateji Tətqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan ictimaiyyətini də bu yöndə inandırmaq mümkün olan məsələ deyil: “ Yəni Azərbaycan ictimaiyyəti verilən şəhidlərin qanına rəğmən, bu gün hər hansı bir atəkəsin olmasına razı deyil. Hər bir Azərbaycan vətəndaşı bütün çətinliklərə rəğmən, indki münbit şəraitdən istifadə edərək prosesi sona çatdırmağı düşünür və doğru olan da budur. Ona görə də mən bu yöndə ABŞ-da atəşkəsin dərhal bərpa olunması və danışıqlar masasına qayıtması yönündə konkret öhdəliklərin götürülməsinə də inanmıram. Çünki ortada imzalanmış heç bir sənəd görmədik. Bununla bağlı konkret hər hansı bir bəyanatın səsləndirilməsini də müşahidə etmədik”.

“Doğrudur, bəzi fikirlər səsləndirildi, hətta bunu erməni mediasında Ermənistanın xeyrinə olan açıqlamalar kimi də qəbul etdilər. Ancaq bu, müvəqqəti siyasi xarakterli açıqlamalardır. Çünki bildiyiniz kimi, ABŞ-da noyabrın-3-də prezident seçkiləri keçiriləcək və indiki durum mövcud Prezident Tramp üçün çox həssasdır. Belə ki, sosialoji sorğularda Tramp Baydendən hələ də geri qalmaqdadır. Bəzi bölgələrdə adətən Demokratların qalib gəldiyi hesab olunduğu üçün Tramp administrasiyasının da bəzi ermənipərəst açıqlamalarını seçicilərin səslərini qazanmaq xatirinə ediən bir jest kimi qiymətləndirmək lazımdır. Çünki ortada nə bir razılaşma, nə də sənəd var. Ona görə də, bu görüşlərin hər hansı bir ciddi siyasi nəticələrinin olacağını düşünmürəm”, -politoloq əlavə edib.

N. Miri deyib ki, bu görüşlər sadəcə fikir mübadiləsi və bəzi məqamların ABŞ üçün müəyyənləşdirilməsi xarakteri daşıyır: “Ona görə, hansısa siyasi nəticələrdən danışmaq doğru olmazdı. Düşünürəm ki, Azərbaycan ordusu qaldığı yerdən də bu prsosesi davam etdirməli və tezliklə başa çatdırmalıdır. Yəni Azərbaycanın işğal olunmuş hər bir bölgəsində Azərbaycan bayrağı qaldırılmalı, torpaqları bütünləşməli, öz suverenliyini tam olaraq bərpa etməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*