“Azərbaycan bu məsələdən yararlanaraq Ermənistandan yeni güzəştlər əldə etməyə çalışır” – Abramyanbackend

“Azərbaycan bu məsələdən yararlanaraq Ermənistandan yeni güzəştlər əldə etməyə çalışır” - Abramyan

“Azərbaycan məhbus məsələsindən yararlanaraq Ermənistandan yeni güzəştlər əldə etməyə çalışır”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan səsləndirib. O, Ermənistan rəsmilərinin davranışları və qeyri-adekvat addımları nəticəsində Azərbaycanın bu mövzuda spekulyasiya etdiyini və yeni şərtlər irəli sürdüyünü vurğulayıb.

Erməni deputat əlavə edib ki, bu hal hakimiyyətin insanların taleyinə biganə yanaşdığını göstərir: “Əsirlərin (erməni diversantlar) geri qaytarılmasında Rusiyanın əsas pay sahibi olduğu təəssüratını aldım. Azərbaycan artıq geri qaytarılacaq məhbusların olmadığını iddia edirdi, lakin bu açıqlamadan sonra bir qrup soydaşımız (erməni əsirlər) geri döndü. Ümid edək ki, Rusiyanın bölgədəki siyasəti maraqlarımıza uyğundur və bunun nəticəsində ən azından digər əsirləri (diversantlar) Ermənistana qaytarmaq imkanı əldə edəcəyik” – deyə Abramyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*