Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,03 ABŞ dolları, yaxud 1,15 % azalaraq 88,91 ABŞ dolları təşkil edib.
KONKRET.az xəbər verir ki, hərraclarda “Brent” markalı neftin mart fyuçersləri 86,66 ABŞ dollarına satılıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.