“Azərbaycan Ordusu Türkiyə modelinə keçir” – Prezidentbackend

"Azərbaycan Ordusu Türkiyə modelinə keçir" - Prezident

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq gündən-günə güclənir.

KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

Prezident qeyd edib ki, Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır.

“O silahlar yaxın zamanlarda Azərbaycana gətiriləcək. Bizim ordumuz daha güclü, daha çağdaş olmalıdır”, – deyə Prezident əlavə edib.

İlham Əliyev söyləyib ki, Türkiyə Silahlı Qüvvələrinin modeli Azərbaycan üçün ən məqbul olandır.

“Bu istiqamətdə də bərabər çalışacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*