Azərbaycan və BƏƏ qarşılıqlı olaraq viza rejimini LƏĞV ETDİbackend

Azərbaycan və BƏƏ qarşılıqlı olaraq viza rejimini LƏĞV ETDİ

Ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklər.

KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar 2022-ci il dekabrın 28-də həyata keçirilmiş notalar mübadiləsini təsdiq edib.

Memorandumda “diplomatik” sözü “ümumvətəndaş, diplomatik və xüsusi/xidməti” sözləri ilə əvəz edilir. Yəni vizasiz giriş əvvəllər yalnız diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərə şamil edilirdisə, dəyişiklikdən sonra ümumvətəndaş pasportlarına malik şəxslərə də şamil ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*