Azərbaycan-Ermənistan sərhədləri hansı ilin Sovet xəritəsi ilə müəyyənləşəcək? – AÇIQLAMAbackend

Azərbaycan-Ermənistan sərhədləri hansı ilin Sovet xəritəsi ilə müəyyənləşəcək? - AÇIQLAMA

“9 noyabr 2021-ci il tarixində Azərbaycan və Ermənistan Moskvada iki yeni sənəd imzalayacaq”.

Bu barədə KONKRET.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı fikir bildirib:

1. İkitərəfli qaydada sərhədlərin və ərazi bütövlüyün tanındığı müqavilə: sərhədlər 1920-ci il Sovet xəritəsinə əsasən müəyyənləşəcək;

2. Kommunikasiyaların açılması: bu barədə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşündə yekun razılıq əldə olunub; bura Azərbaycan və Naxçıvan arasındakı rabitə də daxildir.

Asif Nərimanlının sözlərinə görə, bu iddia ilə Ermənistan mediası çıxış edib. O əlavə edib ki, müharibənin başa çatmasının ildönümündə hansısa irəliləyişlərin olacağı istisna deyil: “Proseslərin inkişafı, regiondakı siyasi situasiya, Ermənistan hakimiyyətinin dəyişən mövqeyi, Əliyevin və Putinin son açıqlamaları gözləntiləri artırır. Kommunikasiyanın açılması bütün tərəflərin ehtiyacıdır və bunun üçün öncə sərhədin müəyyənləşməsi həyata keçirilməlidir. Bu baxımdan erməni mediasının sənədlərin imzalanma tarixi ilə bağlı iddiası təəccüblü deyil. Lakin sərhədlərin hansı ilin xəritəsi ilə müəyyənləşəcəyini təxmin etmək çətindir. 1920-ci ilin xəritəsimi? Bu bir qədər reallıqdan uzaq görünür” – ekspert fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*