Azərbaycan və Türkiyə Prezidentləri Ermənistanla sərhəddəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏRbackend

Azərbaycan və Türkiyə Prezidentləri Ermənistanla sərhəddəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 6-da telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məlumat verib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Azərbaycan Ordusunun Ermənistanın bu kimi təxribatlarına layiqli cavab verdiyini vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirib.

Dövlət başçıları söhbət əsnasında postmünaqişə dövründə gedən regional proseslər barədə geniş fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*