“Həftəsonu aparılan test saylarında azalma olsa da, yoluxma dinamikasında artım var”.
KONKRET.az-ın məlumatına görə, bunu bugünkü brifinqdə TƏBİB rəsmisi Yaqut Qarayeva deyib.
O bildirib ki, virusun ağırlaşması və ölümə səbəb olması istiqamətində araşdırma aparılır:
“Azərbaycana da virusun genomunu öyrənə biləcək aparatlar gətirilib. Bununla bağlı araşdırma aparılacaq. Bu gün üçün xəstəliyin ölümcüllüyünün hansı səviyyədə olmasını demək çətindir”.
