backend

Azərbaycanda çörəyin qiyməti qalxdı - FOTOLAR - YENİLƏNİB

Son günlər bəzi KİV-də çörəyin pərakəndə satış qiymətinin artması barədə məlumatlar yayılır.

Bu barədə KONKRET.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Dövlət Xidməti bildirir ki, çörəyin pərakəndə satışı bazarında, həmçinin əhali tərəfindən daha çox istehlak edilən “dairəvi zavod çörəyi”nin satışı zamanı sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə mütəmadi monitorinqlər aparılır. Monitorinqlər zamanı çörəyin pərakəndə satış qiymətində heç bir artım qeydə alınmayıb.

Dövlət Xidməti nəzarət tədbirlərini davam etdirir.

İstehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda istehlakçılardan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur (tel:498-15-01, 498-15-04).

***

11:50
Azərbaycanda soyuq hava şəraiti çörəyin qiymətinə də təsirsiz ötüşməyib.

KONKRET.az xəbər verir ki, yollar buz bağlaması səbəbilə təkcə bir günlük – ötən gün yaşanan çörək qıtlığı bu gün çörəyin qiymətinin qalxmasına səbəb oldu.

Belə ki,  dünənə kimi 1,30 manata satılan “doyumluq təndir lavaş”ının qiyməti bu gün 1,54 manat olub.

İçərisində 10 ədəd olan “dönər lavaş”ının qiyməti isə  1,20-dən 1,44-ə yüksəlib.

Qiymət artımı baton çörəklərində də müşahidə edilib. Belə ki, 400 qram olan doğranmış baton çörəyi ötən gün 55 qəpik idisə, bu gün 70 qəpiyə satılır.

/yenisabah/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*