Azərbaycanda dəhşətli hadisə: Bəy evini bəzəməyə gedən gəlinin qohumları qəzaya düşdü, ölən varbackend

Azərbaycanda dəhşətli hadisə: Bəy evini bəzəməyə gedən gəlinin qohumları qəzaya düşdü, ölən var

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Çarxı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” və VAZ-2107 markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Hyundai” dərəyə aşıb, VAZ-2107 isə maneəyə çırpılıb.

Nəticədə, VAZ-2107-də olan sərnişin Xaçmaz rayonu Alıcqışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Hidayət Fərman oğlu Pirverdiyev xəsarətlər alıb. O, yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilsə dünyasını dəyişib.

Qeyd edək ki, VAZ-2107-də olanlar keçiriləcək toy mərasimi üçün bəy evini bəzəməyə gedən gəlinin qohumları olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*