Azərbaycanda gənc jurnalist və körpəsi koronavirusdan VƏFAT ETDİ – FOTOLARbackend

Azərbaycanda gənc jurnalist və körpəsi koronavirusdan VƏFAT ETDİ - FOTOLAR

Koronavirusa yoluxma Press.az saytının əməkdaşı Aygün Əlizadənin həyatına son qoyub.

KONKRET.az xəbər verir ki, Aygün Əlizadə oktyabrın 30-da koronavirusa yoluxub.

O, hamilə olduğu üçün virus əleyhinə iynə və dərmanlardan tam istifadə edə bilməyib.

Noyabrın 8-də onu Yevlax rayon xəstəxanasından təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər.

Xəstəxanaya daxil olduqda Aygün Əlizadənin vəziyyəti olduqca ağır qiymətləndirilib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, köməkçi tənəffüs aparatına qoşulub.Noyabrın 16-da 29 yaşlı Aygün Əlizadə doğulmamış körpəsi  ilə birgə vəfat edib.Qeyd edək ki, mərhumun 5 yaşlı övladı qalıb./modern.az/

      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*