Futbol üzrə Azərbaycan Premyer Liqasının tarixində bir ilk yaşanıb.
KONKRET.az xəbər verir ki, XVI turun Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Neftçi” görüşünü şərh edənlər arasında qadın şərhçi də olub. “CBC Sport”un şərhçisi olan Səmra Əliyeva matçın şərhçiliyində Gündüz Abbaszadə ilə birgə tandem təşkil edib.
Bu isə Azərbaycan idman tarixində bir ilkdir. İndiyədək heç vaxt futbol matçlarında qadın şərhçimiz canlı yayımda çıxış etməyib.
Oxu.az
