Azərbaycanda koronavirusa yoluxma ən çox bu bölgədədir – RƏSMİbackend

Azərbaycanda koronavirusa yoluxma ən çox bu bölgədədir - RƏSMİ

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

KONKRET.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxmanın azaldığını göstərir.

Belə ki, ötən həfə 56,1 faiz yoluxma qeydə alınan Bakıda bu həftə göstəricilər 55,9 faiz təşkil edib.

Sonrakı yerlərdə 15,4 faizlə Abşeron, 10,5 faizlə Aran, 6,4 faizlə Gəncə-Qazax, 4,3 fazilə Lənkəran, 2,1 faizlə Quba-Xaçmaz, 1,8 faizi Şəki-Zaqatala, 1,6 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Rəsmi məlumata görə, ən az yoluxma 0,4 faizlə Naxçıvan Muxtar Respublikasındadır.

Həmçinin qeyd edilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 1 faizi ölkə xaricində yoluxanlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*