Azərbaycanda son bir gündə koronavirusa 78 yeni yoluxma aşkarlandı – 5 nəfər vəfat etdibackend

Azərbaycanda son bir gündə koronavirusa 78 yeni yoluxma aşkarlandı - 5 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 215 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən xəbərə görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 482 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 986 nəfər müalicə olunaraq sağalıb, 9 656 nəfər vəfat edib, aktiv xəstə sayı 840 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 956, ötən müddət ərzində isə ümumilikdə 6 666 040 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*