Azərbaycandan oğurlanan əsərlər satışa çıxarıldı – ŞOKbackend

Azərbaycandan oğurlanan əsərlər satışa çıxarıldı - ŞOK

Azərbaycanın məşhur rəssamlarının əsərləri eBay internet mağazasında satışa çıxarılıb.

KONKRET.az-ın məlumatına görə, Kult.az xəbər verir ki, məşhur rəssam Səttar Bəhlulzadənin 650 ədəd əsəri 18,5 milyon dollara təklif edilir.

Daha sonra, Mikayıl Abdullayevin iki (190 min və 195 min dollara), Böyükağa Mirzəzadənin bir (260 min dollara), Toğrul Nərimanbəyovun bir (34 min dollara), Əli Verdiyevin bir (900 dollara) əsəri də satışdadır.

Bildirilib ki, bu rəsm əsərlərinin orijinal olduğu haqda Azərbaycan Dövlət Muzeyinin rəsmi sertifikatı var.

Olduqca maraqlıdır: bu rəsm əsərlərinin sertifikatı varsa, dövlət muzeyində qeydə alınısa, bəs, sayı 700-ə yaxınlaşan bu qədər klassik sənət nümunəsi ölkədən necə çıxarılıb? Açıq satışa qoyulan bu əsərlər Azərbaycan muzeylərinin talan edilməsi haqda məlumatları bir daha yada salır.

Xatırladaq ki, 1999-2000-ci illərdə Azərbaycan muzeylərindən külli miqdarda rəsm əsərinin oğurlanması barədə böyük bir qalmaqal yaşanmışdı. Həmin zaman Rəşid Behbudovun çox qiymətli muzey əşyalarının oğurlandığı haqda məlumat yayılmışdı.

Qalmaqal isə oğurluq incəsənət nümunələrinin ABŞ-da ələ keçməsi ilə başlamışdı. Belə ki, həmin əsərlərin içərisindən İkinci Dünya müharibəsi zamanı Berlin muzeyindən yoxa çıxan bir neçə əsər də tapılmışdı.

Mövzunu davam etdirəcəyik…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*