Azərbaycanın 4 əsas hədəfi: “Ölkəmiz bu istiqamətdə çox uğurla hərəkət edir” – AÇIQLAMAbackend

Azərbaycanın 4 əsas hədəfi: "Ölkəmiz bu istiqamətdə çox uğurla hərəkət edir" - AÇIQLAMA

Azərbaycan öz müstəqilliyi dövründə istər regionda, istərsə də dünya miqyasında ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla siyasi, iqtisadi, hərbi, sosial, mədəni və digər sahələrdə əlaqələr qurmağa və beynəlxalq nüfuzunu ildən-ilə artırmağa nail olub. Ölkəmizin milli dövlət mənafelərinə əsaslanan, Azərbaycan xalqının maraqlarına, təhlükəsiz və firavan yaşayışının təmin olunmasına xidmət edən, eləcə də daim dəyişən qlobal və regional proseslərə uyğunlaşdırılan çevik xarici siyasət strategiyasının təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ulu öndərin müxtəlif ölkələrin, habelə, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlər, apardığı müzakirələr və əldə olunan razılaşmalar sayəsində yenicə müstəqillik qazanmış Azərbaycanın beynəlxalq miqyasda həqiqi müstəqil dövlət və etibarlı tərəfdaş imici formalaşıb. Bu gün də ölkəmizin dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi siyasəti Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi kursa əsasən balanslaşdırılmış və çoxşaxəli formada davam etdirilir. Prezident İlham Əliyevin, “Azərbaycan uzun illər ərzində beynəlxalq aləmdə artıq çox etibarlı, ləyaqətli tərəfdaş kimi tanınır” fikirlərini səsləndirməsi ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişləndiyini deməyə əsas verir. 

Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, Azərbaycan dövləti hazırda öz xarici siyasətində diversifikasiyaya əsaslanır: “Daha çox şaxələndirmə siyasətini həyata keçirir. Biz üç istiqamətdə xarici ölkələrlə münasibətlər qururuq. Lokal, regional və qlobal miqyasda bu əlaqələr yaradılır. Lokal miqyasda Azərbaycan daha çox qonşu dövlətlərlə əlaqələr qurur. Bu baxımdan Azərbaycan-Türkiyə və Gürcüstan münasibətlərini ən yaxşı əlaqələr sırasına aid etmək olar.  Azərbaycan-Rusiya və Azərbaycan-İran əlaqələrində isə zaman-zaman müəyyən problemlər yaransa da, ciddi nöqsanlar yaşanmayıb. Regional miqyasda isə rəsmi Bakı bir neçə layihədə yer alır və ölkəmiz  bir neçə təşkilatın üzvüdür. Bunlardan Türk Dövlətləri Təşkilatını, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını, İslam Əməkdaşlıq Təşkilatını, GÜAM-ı qeyd etmək olar. Amma ölkəmiz qlobal miqyaslı bir neçə beynəlxalq təşkilatda da təmsil olunur. Bunlardan ən önəmlisi BMT-dir. Biz BMT-nin üzvüyük. Daha sonra dünyanın 120 ölkəsinin cəmləşdiyi Qoşulmama Hərəkatının üzvü və həm də bu təşkilatın sədriyik. Eyni zamanda beynəlxalq miqyaslı Şanxay Əməkdaşlıq Təşkilatında dialoq-məşvərətçi səslə üzv kimi iştirak edirik. Ümumdünya Gömrük, Ümumdünya Səhiyyə Təşkilatlarında da təmsil olunuruq. Yəni Azəraycanın beynəlxalq təşkilatlara inteqrasiyası ilə bağlı heç bir problemi mövcud deyil”.

Cümşüd Nuriyev məhkəməyə verilib

Politoloqun sözlərinə görə, lokal və regional istiqamətdə yalnız Ermənistanla heç bir əlaqəmiz yoxdur: “Doğrudur, bu ölkə ilə Qara Dəniz Əməkdaşlıq Təşkilatında və MDB-də bir yerdə qərarlaşmışıq. Amma münasibətlər düzəlmədiyi üçün geniş miqyasda əlaqələr yaradılmır. Azərbaycanın sıx əməkdaşlıq etdiyi digər bir qurum isə Avropa İttifaqıdır. Aİ-yə üzv olan 27 dövlətdən doqquzunun Azərbaycanla ikitərəfli əməkdaşlığı mövcuddur. Bundan başqa Azərbaycan dünyanın 10 dövlətinə qaz ixrac edir. İlin sonuna qədər bu siyahıya daha iki dövlətin əlavə olunmaq ehtimalı mövcuddur. Yəni rəsmi Bakı həm yaşıl enerji, həm neft-qaz, həm də xarici ticarət sahəsində çoxsaylı beynəlxalq təşkilatlarla əlaqələr qurub. Bizim bir çox ölkələrdə ticarət nümayəndəliklərimiz, “Azərbaycan evlərimiz” fəaliyyət göstərir. Təbii ki, bura Azərbaycanın xaricdəki səfifliklərini və konsulluqlarını əlavə etsək, o zaman siyahı daha da uzanar. Çünki Azərbaycanın hazırda ticarət sahəsində dünyanın 160-dan çox ölkəsi ilə əlaqələri var. Odur ki, ölkəmizin çox sürətlə beynəlxalq aləmə inteqrasiya olunduğunu deyə bilərik. Təbii ki. burada Azərbaycanın öz maraqları və hədəfləri mövcuddur. Bizim 4 əsas hədəfimizdən bir dünyanın siyasi konfiqurasiyasında yer tutmağımızdır. Azərbaycan bu istiqamətdə çox uğurla hərəkət edir və bir sıra beynəlxalq layihələrin iştirakçısıdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*