Azərbaycanın baş konsulu Sankt-Peterburq qubernatorunun Fəxri fərmanı ilə təltif olundubackend

Azərbaycanın baş konsulu Sankt-Peterburq qubernatorunun Fəxri fərmanı ilə təltif olundu

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Sankt-Peterburqla Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişafında fəal xidmətlərinə görə qubernator Aleksandr Beqlovun imzaladığı Fəxri fərmanla təltif olunub.

KONKRET.az xəbər verir ki, Fəxri fərmanı Sankt-Peterburq Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev təqdim edib.

Yevgeni Qriqoryev ilə görüşdə baş konsul Sultan Qasımov Azərbaycan və rus xalqlarının dostluq münasibətlərinin tarixi köklərə dayandığını və hər iki dövlətin siyasi xəttində ikitərəfli əməkdaşlığın prioritet təşkil etdiyini bildirib. Diplomat Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha uğurlu inkişafına ölkə başçıları səviyyəsində diqqət göstərildiyini vurğulayıb.

Baş konsul Azərbaycan və Rusiya prezidentlərinin son illər mütəmadi qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşləri nəticəsində ölkələrimiz arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdiyini məmnunluqla diqqətə çatdırıb.

Yevgeni Qriqoryev Rusiyanın Şimal paytaxtı ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib. Bildirib ki, Azərbaycan ilə Rusiyanın bir çox regionu, o cümlədən Şimal-Qərb Federal Dairəsi arasında əlaqələrin fəal şəkildə genişlənməsi məmnunluq doğurur.

Görüşdə Rusiya XİN-in Sankt-Peterburqdakı nümayəndəsinin müavini Vladimir Alimov və MDB ölkələri və Rusiya Federasiyasının regionları idarəsinin şöbə müdiri Tatyana Mudrova və vitse-konsul Rüfət Dadaşov iştirak ediblər.

Sonda baş konsul Sankt-Peterburq Xarici Əlaqələr Komitəsinin sədrinə Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*