“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, bu prinsip dəyişilməzdir”.
KONKRET.az-ın məlumatına görə, bunu Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bu gün keçirdiyi onlayn brifinqdə deyib.
Nazir vəziyyəti diqqətlə izlədiklərini bildirib:
“Hadisələrin inkişafını hamımız yaxından izləyirik. Azərbaycanın Xarici İşlər Naziri ilə danışmışam.
Mövqeyimiz çox aydındır. Müharibə hər zaman kədər, itki, dağıntıdır. Səmimi qəlbdən kədərlənirik ki, hazırda Qafqazda belə hadisələr yaşanır.
Ukraynanın xarici siyasətinin təməl prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyünü dəstəkləməkdir. Azərbaycan bizim beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyirik və bu prinsip bizim üçün tamamilə dəyişməz olaraq qalır”.