Azərbaycanın idman jurnalistləri beynəlxalq turnirdə üçüncü oldubackend

Azərbaycanın idman jurnalistləri beynəlxalq turnirdə üçüncü oldu

Gürcüstanın paytaxtı Tbilisidə futbol üzrə Beynəlxalq Media Kuboku keçirilib.

KONKRET.az xəbər verir ki, məşhur şərhçi Kote Maxaradzenin xatirəsinə həsr olunan yarışda Azərbaycanın idman jurnalistlərindən ibarət millisi də mübarizə aparıb.

Yığma səkkiz ölkənin yer aldığı turnirin “B” qrupunda Rumıniya, Qazaxıstan və Gürcüstanın ikinci kollektivi ilə üz-üzə gəlib.

Komanda altı xal toplayaraq qrupdan çıxıb. Finalın bir addımlığında rəqib Gürcüstanın əsas yığması olub. Gərgin keçən görüşdə rəqib 3:2 hesabı ilə qalib gəlib.

Yekunda komandamız turniri mükafatçılar sırasında, 3-cü yerdə bitirib.

Qeyd edək ki, turnir bir neçə ildir təşkil olunur. İdman jurnalistlərindən ibarət heyət Gənclər və İdman Nazirliyi, “Azərbaycan İdman Jurnalistləri” İctimai Birliyinin dəstəyi ilə yarışa qatılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*