Tacikistanda kamandan oxatma üzrə keçirilən Prezident Kuboku Azərbaycan idmançıları üçün yaddaqalan olub.
KONKRET.az xəbər verir ki, Azərbaycan Kamandan Oxatma Federasiyasından verilən məlumata görə, ölkə rəhbəri Emoməli Rəhmonun şərəfinə Xücənd şəhərində təşkil olunan beynəlxalq turnirdə millimiz 3-cü yeri tutub.
Fatimə Hüseynli və Məhəmmədəli Əliyev komanda yarışlarında bürünc medala yiyələniblər.
Turnirdə Rusiya, İran, Sudan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan da daxil olmaqla ümumilikdə 15 ölkədən idmançı mübarizə aparıb.
Xatırladaq ki, Fatimə Hüseynli və Məhəmmədəli Əliyev bu ilin avqust ayında keçirilmiş kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının fərdi yarışlarında müvafiq olaraq qızıl və gümüş medal əldə ediblər.