“Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik” - BƏYANAT
761
Qırğızıstan Xarici İşlər Nazirliyi Qarabağda baş verənlərlə bağlı bəyanat yayıb.
KONKRET.azxəbər verir ki, Qırğızıstan XİN-nin bəyanatında deyilir:
“Qarabağda baş vermiş hadisələrlə əlaqədar Qırğızıstan Respublikası bir daha Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını qətiyyətlə müdafiə edən Qırğız Respublikası bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik vasitələrlə həllinə çağırır”.