“Bakının tələblərindən birini Moskva irəli sürsəydi Rusiya səfirliyinə hücum edərdiz…” – Kiviryanbackend

"Bakının tələblərindən birini Moskva irəli sürsəydi Rusiya səfirliyinə hücum edərdiz..." - Kiviryan

“Nikol Paşinyan hələ də başa düşməyib ki, Alma-Ata bəyannaməsinin icrasının qarantı Qərb deyil, Rusiyadır”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Argişti Kiviryan deyib.

O, bildirib ki, bu gün Ermənistan birtərəfli güzəştlərə gedir.

“Ermənistan Paşinyanın dediyi kimi sərhəd belə almayıb. Bu sütunlar sərhəd deyil. Baş verənlər sərhədləşdirmə yox, birtərəfli güzəştdir. Ermənistan cəmiyyəti bu tələbi yerinə yetirdikdən sonra qalan tələbləri, o cümlədən gerblə bağlı tələbləri gözləməlidir”, – deyə Kiviryan bildirib.

O qeyd edib ki, Rusiya zamanı gəldikdə, Ermənistan hakimiyyətinin istəyindən asılı olmayaraq regiona geri qayıdacaq:

“Təsəvvür edirsinizmi, Azərbaycanın irəli sürdüyü 8-9 tələbdən ən azı birini Moskva irəli sürsəydi, Ermənistan hakimiyyəti nə qədər hay-küy salardı? Çox güman ki, Rusiya səfirliyinə hücum edəcəkdilər”, – Kiviryan qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*