“Azərbaycanla zarafat etmək olmaz, ciddi cəzalanacaqlar” – Fazil Mustafabackend

"Azərbaycanla zarafat etmək olmaz, ciddi cəzalanacaqlar” - Fazil Mustafa

Proseslər Azərbaycanın istədiyi istiqamətdə inkişaf edir. Bəyanatda nəzərdə tutulmuş bütün müddəalar gerçəkləşir. Buna qarşı opponent fikirlər var. Bu fikirlərin əsası yoxdur. Siyasi məqsədlər üçün edilir. Ümumilikdə proses Azərbaycanın xeyrinə inkişaf edir.

KONKRET.az xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.

Deputatın fikrincə, Naxçıvana dəmir yolunun açılması Türkiyə-Azərbaycan əlaqələrində yeni mərhələnin yaranmasına imkan yaradacaq:

“Ona görə də Azərbaycan tərəfinin bu məsələdə narazı qaldığı hal yoxdur. Sadəcə olaraq, çox işləmək lazımdır. Daha çox təşəbbüslər olmalıdır. Proseslərin irəliyə aparılmasında maraqlı olmalıyıq. Daha çox uğur qazanmağımız üçün bu, başlıca şərtdir. Əsas şərt özümüzdən asılı olan məqamlarda arxayınlaşmamağımızdır. Hər şey qısa müddət ərzində baş verə bilməz. Prosesi sona qədər düzgün şəkildə aparmaq lazımdır”.

Fazil Mustafa Ermənistan tərəfinin icazəsiz formada Azərbaycan ərazilərinə daxil olmasına da münasibət bildirib:

“İcazəsiz formada Azərbaycan sərhədlərini pozanlar ciddi cəzalanacaqlar. Bundan sonra başa düşəcəklər ki, Azərbaycanla zarafat etmək olmaz. Ermənistanın vəzifəli və digər şəxsləri məğlubiyyətdən sonra ayaqda qalmaq istəyirlərsə, müəyyən dərəcədə gedən proseslərin iştirakçısı olsunlar. Eyni zamanda onlar bunu etməlidir. Amma bunu etmirlərsə, demək problem özlərindədir. Azərbaycan tərəfi hər hansı bir şəkildə onların nazı ilə oynamaq düşüncəsində deyil. Biz imzalanmış müqaviləyə sadiqik. Müqaviləyə sadiq olduğumuza görə də bu məsələdə hər hansı bir şəkildə başqalarının ərköyünlüyünü həzm etmək düşüncəsində deyilik. Ona görə də Ermənistana edilən sonuncu xəbərdarlıqlar əslində ilkin mərhələ üçün çox yaxşıdır. Çünki xəbərdarlıq etmədən hansısa bir sərt addıma əl atsaq, bildiriləcək ki, bunu daha fərqli formada etmək olardı. Ona görə hələ ki xəbərdarlıq edirik. Bu xəbədarlıqlara əməl etməmələri məsuliyyətə cəlb edilməmələri ilə nəticələnəcək. Məsuliyyətə cəlbetmə indi onlara təsir göstərməsə də, başqa tədbirlər görüləndə bunun peşimançılığını çəkəcəklər”.  /Teleqraf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*