Azərbaycanlılara bu ölkəyə giriş QADAĞAN OLUNURbackend

Azərbaycanlılara bu ölkəyə giriş QADAĞAN OLUNUR

Yaponiya hökumətinin koronavirus pandemiyası ilə bağlı səyahət məhdudiyyəti tətbiq etdiyi 13 ölkə arasında Azərbaycan da var.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Toşimitsu Motegi mətbuat konfransı zamanı deyib. O, həmin ölkələrə və ya oradan səfərlərlə bağlı xəbərdarlığı “səviyyə 3” olan ikinci ən yüksək səviyyəyə qaldırdıqlarını qeyd edib.

Adıçəkilən ölkələrdən Yaponiyaya giriş Milli Təhlükəsizlik Şurası və hökumətin aidiyyəti qurumlarında koronavirusla bağlı növbəti müzakirələr zamanı təsdiqlənərək 2 həftə müddətinə tətbiq ediləcək. Həmin ölkələr sırasında Azərbaycandan başqa, Qazaxıstan, Maldiv, Meksika, Kolumbiya, Uruqvay, Honduras və Afrikanın 5 ölkəsi var.

olke.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*