“Azpulmat” və “Manato” kreditlərindən narazılıq artır – Faizlər niyə yüksəkdir?backend

“Azpulmat” və "Manato" kreditlərindən narazılıq artır - Faizlər niyə yüksəkdir?

Son dövrlərdə bank olmayan kredit təşkilatlarına müraciət edən vətəndaşların sayı artıb. Qeyri-rəsmi şəkildə çalışan bəzi şəxslər maddi ehtiyaclarını qarşılamaq üçün “Azpulmat” və “Manato” kimi xidmətlərə üz tuturlar.

Bəzən insanlar arasında “onlar qanunsuz fəaliyyət göstərirlər, bizi məhkəməyə verə bilməz” kimi fikirlər səsləndirilir.

Bu, həqiqətən belədirmi?

Birincisi, Mərkəzi Bank adı hallanan qurumlara bank olmayan kredit təşkilatı kimi lisenziya verib. Yəni onların fəaliyyəti dövlət tərəfindan rəsmi olaraq tanınır. İkinci məqam isə kredit götürənin məhkəyəmə verilməsidir. Burada bir məsələyə diqqət yetirmək lazımdır. Öncəliklə qeyd etmək yerinə düşər ki, sözügedən təşkilatlar əksər hallarda 100 manata qədər kredit verir. Onların xırda məbləğə görə vətəndaşı hakim qarşısına çıxarmaq tələbi böyük vəsait hesabına başa gəlir. Odur ki, kredit qurumlarına bu sərf etmir. Çıxış yolu kimi vətəndaşın yaxınlarına və özünə zənglər etməkdir ki, buna da şəxs kredit götürən zaman özü razılıq verir.

Digər narazılıq isə kredit faizlərinin çox olmasıdır. Əslində təşkilatların bunun üçün də səbəbləri var. Baxın, bu qurumların faizlərinin çox olmasını bazar müəyyənləşdirir. Faiz pulun qiymətidir. Onlar, 50, 100, 500 manat və s. dəyərində kreditlər verirlər. Müştərilərə çox nadir hallarda 500 manatdan yuxarı məbləğ ayrılır. Hər bir kreditin kreditvermə xərci var. Haqqında danışdığımız təşkilatlar kiçik kredit verdikləri üçün xərcləri böyük olur. 100 milyonluq kreditin xərci daha az olur, nəinki 50 manatlıq kreditin.

Həmçinin riskli və bankdan pul götürə bilməyən müştərilərə kredit verirlər. Şirkət əvvəldən nəzərə alır ki, ayırdıqları pulun 20-30 faizini yığa bilməyəcək. Həmişə yığa bilmədikləri pulu kredit faizinin üzərinə gəlirlər. Rəhbər şəxs əvvəlcədən oturub hesablayır ki, təxminən nə qədər pulu toplamaya bilər? O, daha sonra itirəcəyini düşündüyü məbləği faizə əlavə edir. Bundan əlavə, bu işi təşkil edənlərin İT xərcləri var. Çünki proses elektron şəkildə təşkil olunur.

Məlik,

KONKRET.az

  • Arzu
    Sentyabr 6, 2024 - 11:38

    Cox pisdi manota azpul nesol koy qoymular bezdrler artxlamanan faiz odenir

  • Saxavet Camalzade
    Sentyabr 6, 2024 - 15:06

    Məndədə elədi.manato 60%le kredit verir.buda qeyri qanunidi.asankomunalda yoxlatdım.halbuki mene 25%le kredt verdiylerini demisdiler.azpulmatda həmçinin.bildiyin soyurlar insanları

  • Şehla
    Sentyabr 6, 2024 - 18:37

    Dogrudan eledir men 50 m goturmusem indi nene deyirler 70m odenilib ustelikde her gun ne qeder faiz gelir Allah bunlarin belasini versin

  • Konul
    Sentyabr 6, 2024 - 22:19

    Azpulmanatdan kredit goturmusem. İcazesiz oz yanlarinan telefonumnan 20 den artiq şəxsin nomresin goturublər. Gecikmem var və hamini yigillar. Butov pul yoxdu borcu baglamaga , gundelik odemeye de razi olmullar. Şikayetciyem tebii ki.

    • Sərxan
      Sentyabr 6, 2024 - 23:46

      Xahiş edirik bir tədbir görəsiniz

    • Ceyhun
      Sentyabr 6, 2024 - 23:57

      Sen 100 manatin yoxdu ki gozu kolgeli qalmisan hansısa kiminse sirketin qabağında? ayağını yorganina gore uzat

  • Elmeddin
    Sentyabr 6, 2024 - 22:47

    Azpulmatdan 598 manat kredit götürdüm gücün çatmadı odemye ,indi 1034 manat olub işim yox gücüm ayda 10 manat ödəməyə razıyam ondan artıq gücüm yoxdu neynirler eləsinlər . Ve tebiki manatoyada borcum var 458 manat ,menim işim yox gücüm yox qanunsuz pul veriblər bir quru canımdan başqa hecneyim yoxdu. Bununla bağlı tədbir görülsün camaatın belin qırırlar kontaktda kim var ygb narahta edirlər kimse menim yerime pul ödəyən deyil .

  • Az pul MCC ŞİRKƏTİNƏ
    Sentyabr 7, 2024 - 00:02

    Xaiş edirəm bir şəhid qardaşı kimi bu qanunsuz bank olmiyan sələmi verib yuksəy faizi çoxları on uçun 500 azn göturmuşəm ana ödəyə bilmirəm

  • Filankesss
    Sentyabr 7, 2024 - 04:58

    Cox serefsiz teskilatdir, 80 azn gelib olib 168 azn her gunde yigib bezdiriller, buqeder faiz gelmek olar bu ne edaletsiz teskilatdir, birincisi camaatda pul olsa onu goturmez , olsada ofeyer yigib mazgi elemeyin, ele faiz gelinki odeye bilekk 88 azn artiq niye oqeder artiq odeyek? Bu ne serefsizlikdir ?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*