İraqın paytaxtı Bağdad şəhərinin mərkəzində yerləşən Hüseyni Əl-Cavadin Məscidinin qarşısında Ermənistanın Gəncə və Bərdə şəhərlərini raket atəşinə tutması nəticəsində həlak olmuş insanların xatirəsi yad edilib.
KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın İraqdakı səfirliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə parlamentin deputatları, diplomatik korpusun əməkdaşları, Bağdad ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.
Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov Ermənistanın törətdiyi vəhşiliklər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
