Bakı bulvarında skuterlərin istifadəsinə qadağa qoyulub? – RƏSMİ AÇIQLAMAbackend

Bakı bulvarında skuterlərin istifadəsinə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Dənizkənarı bulvar ərazisində skuterlərin istifadəsinə qoyulan müvəqqəti qadağa ilə bağlı məlumatlar əks olunub.

KONKRET.az-ın məlumatına görə, Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yazılan məlumatlar həqiqəti əks etdirmir:

“Bu şirkətin daxili qərarıdır. Dənizkənarı bulvar ərazisində skuterlərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*