Bakı metrosunda qatarların hərəkəti bərpa olundu – RƏSMİ – YENİLƏNİB-2backend

Bakı metrosunda qatarların hərəkəti bərpa olundu - RƏSMİ - YENİLƏNİB-2

“Metropolitenin bütün xətlərində qatarların hərəkəti hərəkət cədvəlinə uyğun olaraq tam təmin olunub”.

KONKRET.az xəbər verir ki, bu barədə  Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

***

10:00
Bakı metrosunda yaranan problemin səbəbi açıqlanıb.

Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov KONKRET.az-a verdiyi açıqlamada bildirib ki,

“Nizami-İnşaatçılar” sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisində gərginlik aşağı düşüb:

“Gərginliyin qısamüddətli aşağı düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur”.

***

09:50

“Bakı Metropoliteni” QSC-də qatarların hərəkətində problem yaranıb.

KONKRET.az xəbər verir ki, “Həzi Aslanov” – “Dərnəgül” xəttində – “28 may” və “Nizami” stansiyaları arasındakı tunellərdə qatarlar qalıb.

Buna səbəb həmin xətdə gərginliyin itməsidir. Son nəticədə “Cəfər Cabbarlı” və “Şah İsmayıl Xətai” stansiyaları arasında da qatarların hərəkəti çətinləşib və bir qatar tuneldə qalıb.

Məsələ ilə bağlı Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, problemlə bağlı araşdırma aparılır.

“Nizami-İnşaatçılar” sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur”, – deyə o, qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*