Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Mikroavtobusun minik maşını ilə toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Xəsarət alanlar- 64 yaşlı Şahmirad Almazov, 33 yaşlı Günel Mirzəliyeva, 14 yaşlı Turanə Teymurova, 4 yaşlı Cansu Cəfərli, 32 yaşlı Aygün Mirzəliyeva, 44 yaşlı Eltun Məmmədov, 27 yaşlı Mahir Səfərov və 54 yaşlı Vəzifə Mehralıyeva təcili tibbi yardım maşınları ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır./apa/
