Bakı-Quba yolunda avtomobil betona çırpıldı, tıxac yarandı – FOTObackend

Bakı-Quba yolunda avtomobil betona çırpıldı, tıxac yarandı - FOTO

Bakı-Quba yolunda qəza baş verib.

KONKRET.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

99 BM 466 dövlət qeydiyyat nişanlı, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq beton maneələrə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsi deformasiya uğrayıb, ciddi ziyan dəyib. Qısa müddətdə Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda tıxac yaranıb. Nəqliyyat vasitəsi hadisə yerindən kənarlaşdırılaraq avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*