Bakı-Şarm Əl-Şeyx reysi açılacaq – Səfir vaxtı AÇIQLADIbackend

Bakı-Şarm Əl-Şeyx reysi açılacaq - Səfir vaxtı AÇIQLADI

Martdan etibarən Bakıdan Şarm Əl-Şeyxə birbaşa reys açılacaq.

Bunu KONKRET.az-a Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.

Məlumata görə, reyslər ilk olaraq həftədə bir dəfə baş tutacaq, daha sonra isə həftədə iki dəfəyə çatdırılacaq.

Qeyd edək ki, reyslərin “Boeing 757-200” təyyarələri ilə 3,5 saat müddətində həyata keçiriləcəyi gözlənir.

Xatırladaq ki, Bakı-Şarm Əl-Şeyx reysi 2019-cu ilin yayında “SCAT Airlines” aviaşirkəti tərəfindən açılıb. Daha sonra isə pandemiya səbəbindən reys dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*