Bakı-Sumqayıt şosesi yaxınlığında baş verən yanğın söndürüldü – YENİLƏNİBbackend

Bakı-Sumqayıt şosesi yaxınlığında baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhərinin Binəqədi rayonunda, Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində açıq ərazidəki quru otluq sahədə baş verən yanğın söndürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

18:37

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində açıq ərazidə quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

KONKRET.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*