“Ermənistan üçün Azərbaycan üzərindən tranzit məhdudiyyətlərinin aradan qaldırılması mühüm nailiyyətdir. Bu addım regionun potensialını daha səmərəli istifadə etməyə imkan verir”.
KONKRET.az globalinfoaz–a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib.
O, Cənubi Qafqazın nəqliyyat və logistika şəbəkəsinin müxtəlifləşdirilməsinin xarici ticarət həcminin artmasına əhəmiyyətli təsir göstərəcəyini vurğulayıb.
“Bu baxımdan, Azərbaycan ərazisindən Ermənistana tranzit qadağalarının aradan qaldırılması bizim üçün xüsusi əhəmiyyət daşıyır və regionun imkanlarının daha geniş istifadəsinə şərait yaradır, qarşılıqlı ticarətin artmasına stimul verir”, — Qriqoryan bildirib.
