Bakıda 50 minə qəbir yerləri satılırbackend

Bakıda 50 minə qəbir yerləri satılır

“Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir. Verilən dəfn puluna qəbiristanlıqda 10 santimetr yer almaq mümkün deyil. Dəfn pulu artırılmalı və tələb olunan sənədlərin sayı azaldılmalıdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

Milli.Az xəbər verir ki, deputat Razi Nurullayev Bizim.Media-ya açıqlamasında həmkarının fikrinə münasibət bildirib.

O qeyd edib ki, bu məsələ ilə bağlı ilk dəfə ötən il parlamentdə çıxış edib:

“Dəfn pulunun az olmasını bir kənara qoyaq, bu pulun özü belə hər kəsə verilmir. İşləməyən, pensiya və sosial müavinət, eləcə də işsizlikdən sığorta ödənişi almayan şəxs vəfat etdikdə dəfn üçün müavinətin verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmayıb.

Kənd yerlərində qəbiristanlıqlarda yer tapıb dəfn etmək olur. Ancaq şəhərlərdə, xüsusilə, Bakıda qəbir yeri almaq üçün pul axtarışına çıxırlar.

Qəbir yeri almaq üçün kifayət qədər məbləğ tələb olunur. 10 min, 20 min, 30 min, hətta 50 min manata belə qəbir yerləri var. Bu, insanlar üçün böyük problemdir. Buna görə də qəbir yerlərinin pul ilə satılması doğru yanaşma deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*