Azərbaycanın ən böyük supermarketlər şəbəkəsindən biri olan “Araz” “Johnson@Johnson” şirkətinə aid məhsulları boykot edərək, bu məhsulların satışını dayandırıb.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, , hazırda məhsullar rəflərdən yığışdırılır.
Qeyd edək ki, Tvitterdə “Johnson@Johnson” şirkətinin Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasından sonra ölkəmizdəki bir çox tanınmış marketlər şəbəkəsi sözügedən şirkətin məhsullarının satışını dayandırıb.
Onu da əlavə edək ki, şirkət daha sonra səhvini düzəldərək rəsmi Tvitter səhifəsində separatçıları dəstəkləyən statusunu silib.

