Yasamalda evdən meyitləri tapılan ər-arvadın ölüm səbəbi bilindi – YENİLƏNİBbackend

Yasamalda evdən meyitləri tapılan ər-arvadın ölüm səbəbi bilindi - YENİLƏNİB

Yasamalda meyiti tapılan ər-arvadla bağlı bəz təfərrüat məlum olub.

KONKRET.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Alatava adlanan ərazidə Türkiyə vətəndaşı 1950-ci il təvəllüdlü Mehmet Ulaş və Azərbaycan vətəndaşı olan həyat yoldaşı 1970-ci il təvəllüdlü Aidə Ulaşdan yaxınları bir neçə həftədir xəbər ala bilməyiblər.

Bununla bağlı ailənin yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib .

Onların yaşadığı evin qapısı qırılaraq içəri daxil olunub. Məlum olub ki, ər-arvad dəm qazından boğulublar. Meyitlər evdən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

Meyitlər üzərində aparılan müayinə zamanı hər hansı bir xəsarət aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində 2 nəfərin meyiti aşkarlanıb.

Bu barədə KONKRET.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılır.

Qeyd edək ki meyiti tapılan şəxslər ər-arvaddır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*