Bakıda moped və motosiklet oğruları saxlanıldıbackend

Bakıda moped və motosiklet oğruları saxlanıldı

Paytaxt ərazisində moped və motosiklet oğurluğu edən şəxslər saxlanılıb.

Bu barədə KONKRET.aza DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda yerləşən evlərdən birinin qarşısından “Tufan M-50” markalı motosikletin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Məmmədzadə müəyyən edilərək saxlanılıb.

Digər bir əməliyyatla Suraxanı rayonunda da bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən İ.Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*