Bakıda ölüm saçan tikililərə görə kim cavabdehdir? – Bədbəxt hadisələr arta bilərbackend

Bakıda ölüm saçan tikililərə görə kim cavabdehdir? - Bədbəxt hadisələr arta bilər

Dünən Bakının mərkəzində xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib. Binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından beton parçası qoparaq səkidə hərəkət edən piyada, qadının başına düşüb. 31 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Belə hallarda kim məsuliyyət daşıyır?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, Istənilən bina hansı qurumun balansındadırsa bütün təhlükəli vəziyyətlərə qarşı önləyici addımlar atılmalıdır.

“Həm binada həm də kənar şəxslərin sağlamlığına və əmlakına zərər gəlməsin. Binalara cavabdeh olan qurumlar tərəfindən binanı uçma, dağılma təhlükəsi olan risqləri vaxtında aradan qaldırmalıdır. Bütün texniki təhlükəsizlik qaydalarına əməl edilməlidir. Tikilidən tökülən daş-kəsək insanların həyatı üçün təhlükəlidir.”

Ekspert bildirib ki, bundan başqa təhlükələrin qarşısını almaq üçün binaların istismarında olan avadanlıqların, mexanizmlərə vaxtında texniki qulluğun göstərilməsi lazımdır.

“Bu da binaya cavabdeh olan qurumların işidir. Vaxtında təhlükəli vəziyyətlər aradan qaldırılmayanda bədbəxt hadisələr qaçılmaz olur. Belə bədbəxt hadisələr zaman-zaman təkrarlanır. Əsasən də insanlar güclü külək zamanı binaların yanından keçərkən ehtiyatlı olsunlar. Güclü külək olduqda binadan daş, dəmir, fasad parçası düşə bilər. Belə köhnə binalarla vəziyyət daha təhlükəlidir”, – deyə o qeyd edib.

Məsələ ilə bağlı açıqlama verən hüquqşünas Arif Qasımlı bildirib ki, belə bədbəxt hadisələrə görə məsuliyyəti binanın normativ tikintilərə cavab verən qurum və rəhbərləri daşıyır.

O bildirib ki, hər hansı işıqforun, dəmirin və ya binadan adamın üzərinə daş düşməsi bunu yerinə yetirən şirkətin normativ qaydalar necə əməl etməsi barədə sual yaradır.

“Bununla bağlı məhkəmə ekspertizası təyin olunur. Nəyin nəticəsində uçub adamın başına düşüb ağır xəsarət yetirməsi , ölməsi araşdırılmalıdır. Eyni zamanda zərərçəkən şəxs müqəssir bilinən şəxs, şirkət və ya qurumdan təzminat almaq hüququ var”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*