Heydər Əliyev prospekti, 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.


