Bayden ABŞ sahillərinə yaxın dəniz zonalarında yeni neft və qaz hasilatını qadağan etdibackend

Bayden ABŞ sahillərinə yaxın dəniz zonalarında yeni neft və qaz hasilatını qadağan etdi

Prezident Co Bayden ABŞ-nin əksər sahillərində, dənizdə və dəniz zonalarında yeni neft və qaz hasilatını qadağan edib.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki,  Donald Tramp Baydenin bu  qərarını tənqid edərək, onun ləğvinə nail olacağına və Amerikanın  enerji istehsalını genişləndirəcəyinə söz verib. Qeyd edək ki, Bayden administrasiyasının tətbiq etdiyi qadağa artıq həyata keçirilən layihələrə  şamil edilmir. Qərar əsasən Atlantik və Sakit okeanların mühüm yataqların olmadığı ərazilərə aiddir. Baydenin sözlərinə görə, bu addım iqlim dəyişikliyi ilə mübarizə səylərinin bir hissəsidir və 2030-cu ilə qədər Amerika torpaqlarının və sularının ən azı 30%-ni qazmadan azad etməyi hədəfləyir: “Mənim qərarım sahil icmalarının, müəssisələrin çoxdan bildiklərini əks etdirir. Dənizdə qazma işləri sevdiyimiz yerlərə  ziyan vura bilər və bu, millətimizin enerji ehtiyaclarını ödəmək üçün qətiyyən vacib deyil. Risk etməyə dəyməz”, – deyə Bayden bildirib. ABŞ-nin neft hasilatının təxminən 15%-i federal dəniz ərazilərindən, əsasən də Meksika körfəzindən gəlir və ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, quruda qazma işləri genişləndikcə bu pay son illərdə azalmaqdadır.Qazma işində yeni texnologiyaların ortaya çıxması və qalıqlara qlobal tələbatın artması səbəbindən, xüsusilə Texas və Nyu-Meksiko ştatlarında hasilatın əhəmiyyətli dərəcədə artması sayəsində ABŞ hazırda neft və qaz hasilatında dünyada birinci yerdədir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*