Bayden erməniyə YÜKSƏK VƏZİFƏ verdibackend

Bayden erməniyə YÜKSƏK VƏZİFƏ verdi

ABŞ-ın yeni Prezidenti Cozef Bayden Administrasiyasında Ağ Evin regional kommunikasiyalar şöbəsinə Ayk Hacınazaryan rəhbərlik edəcək.

KONKRET.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, Bayden və vitse-prezident Kamala Harris Ağ Evin yeni işçilərini təqdim ediblər. Yeni işçilərin sayında rekord nəticə göstərilib – təyinat almış 215-dən çox işçinin içində A.Hacınazaryan da yer alıb.

Qeyd edək ki, erməni əsilli Ayk Hacınazaryan Baydenin Qərbi Pensilvaniyada seçkiöncəsi kampaniyasının katibi kimi çalışmışdı. Daha əvvəl isə İndiana ştatından senator Co Donnellinin mətbuat katibi və Nümyəndələr Palatasının təhlükəsizlik komitəsinin mətbuat katibinin müavini kimi Kapitolidə işləyib.

Mənbə: NOCOMMENT.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*