Bayram günlərində bölgələrə tur paketlər – Qiymətlərbackend

Bayram günlərində bölgələrə tur paketlər – Qiymətlər

Novruz bayramı günlərində istirahət etmək istəyənlər üçün tur şirkətlər özəl paketlər hazırlayıb. Bayram turları ölkə daxilində ötən ilə nisbətən daha ucuzdur. Bölgələrə Novruz turlarının əksəriyyəti 75-89 manat arasıdır.

Bu sözləri KONKRET.az-a turizm sahəsi üzrə mütəxəssis Vüqar Quliyev deyib.

Quliyevin sözlərinə görə, ən tələbatlı xarici turlar Kapadokya və Trabzon bölgələrinədir. Kapadokyaya tur 4 gecə 5 günü əhatə edir, Naxçıvandan avtobus vasitəsilə getmək olar. Qiymətlər otelin imkanlarına görə 199 dollardan 259 dollara qədər dəyişir.

Ölkə daxilində isə bayram günlərində aşağıdakı turlar var:

* 21-22 mart – Lənkəran-Yardımlı turu (1 gecə 2 gün) – 95 manat

* 21-22, 23-24 mart – Göyçay-İsmayıllı-Qəbələ turu (1 gecə 2 gün) – 89 manat

* 23-25 mart – Gəncə-Göygöl-Maralgöl turu (2 gecə 3 gün) – 149 manat

* 23-25 mart – Astara-Lənkəran-Lerik-Yardımlı turu (2 gecə 3 gün) – 149 manat

– 22-25 mart – Zaqatala Qax Şəki Qəbələ İsmayıllı turu (3 gecə 4 gün) – 199 manat

– 26-27 mart – Quba Şahdağ turu (1 gecə 2 gün) – 79 manat.

Nəqliyyat xidməti, ekskursiyalar, qidalanma (səhər yeməyi), oteldə gecələmə, foto çəkiliş, tur rəhbəri, yolboyu əyləncəli oyunlar tur qiymətinə daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*