Bədəninə mismar batan usta köməkçisi öldübackend

Bədəninə mismar batan usta köməkçisi öldü

Mingəçevirdə usta yanında köməkçi  işləyən Ağdaş rayon sakininin bədəninə mismar batıb.

KONKRET.az xəbər verir ki,  Energetik yaşayış massivi ərazisindəki təsərrüfatlardan birində baş vermiş hadisə nəticəsində usta köməkçisi – 1981-ci il təvəllüdlü Ağdaş rayon sakini Yusifov Elman Yusif oğlu dünyasını dəyişib.

O, ehtiyatsızlıq nəticəsində yıxılıb və sinəsinə mismar batıb. Ətrafdakıların köməyi ilə  yaralı usta xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*